Milli Məclis 11 aprel prezident seçkiləri ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubu göndərəcək.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O.Əsədov Prezident İlham Əliyevə fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.