Kanadanın Kvebek əyalətində güclü istilər 50 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, 50 nəfərin həlak olmasını əyalətin səhiyyə naziri Lyusi Çarlbua təsdiq edib.

Bu gün səhər Kandanın Ətraf Mühitin Mühafizəsi üzrə Nazirliyi Monreal şəhərində güclü isti və qasırğa barədə xəbərdarlığı ləğv edib.

Qeyd edək ki, Monrealda güclü istilər 28 nəfərin ölümünə səbəb olub.