Gürcüstanın qərbində leysan yağışları nəticəsində onlarla kənd işıqsız qalıb.

Trend-in məlumatına görə, Batumi, Kobuleti və Mahincauri yaxınlığında yollar və bəzi küçələr su altında qalıb.

Kəndlərdə yüzlərlə ev heyvanı və quşlar tələf olub.

Bölgədə leysanın fəsadlarının aradan qaldırılması üçün işlər aparılır.