Rusiya Prezidenti: "Hazırda Türkiyə deeskalasiya zonası yaradılması ilə bağlı işləri davam etdirir"

"Hər şey elə də asan deyil, əksinə, çətindir. Amma türkiyəli tərəfdaşlar Suriyanın İdlib şəhərində deeskalasiya zonası yaratmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirir".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun iclasında deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə deeskalasiya zonası yaradılması ilə bağlı işləri davam etdirir.

"Hələ ki o zonadan terrorçular, elə ona görə də bütün ağır silahlar çıxarılmayıb. Amma türkiyəli tərəfdaşlar bütün öhdəliklərini yerinə yetirməyə çalışırlar. Məsələ asan olmasa da, Türkiyə Suriyada terrorizmlə mübarizədə çox effektiv fəaliyyət göstərir", - Rusiya Prezidenti deyib.