Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan prezidentinin fərdi təqaüdünün, orden və medallarının, fəxri adların döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məclisin sədri Vasif Talıbov təltif olunanları təbrik edib. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktının qəbul olunduğunu xatırladıb, ondan sonra ölkədə baş verən siyasi proseslərdən danışıb: “Dövlət proqramlarının icrasında, xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin əməyi isə qiymətləndirilir, onlar dövlətimizin ali mükafatlarına layiq görülürlər. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə öz əməkləri ilə fərqlənən insanlardır”.

Sonra V. Talıbov prezidentin fərdi təqaüdünü, orden və medalları, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Vasif Talıbov orden və medalları təqdim etdi
Vasif Talıbov orden və medalları təqdim etdi