Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

"Leqal.info"nun məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm".