Fevralın 21-də, səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahı -Mayendorf malikanəsinin yerləşdiyi Barvixa qəsəbəsində avtobus qəzası baş verib.

Leqal.info xəbər verir ki, bu barədə Rosbalt xəbər yayıb.

23 yaşlı Çeçenistan vətəndaşının idarə etdiyi marşrut avtobusunun əyləc sistemində problem yaranıb və avtobus qəsrin darvazasına çırpılıb.

Dərhal xüsusi silahlandırılmış mühafizə dəstəsi tərəfindən mühasirəyə alınan sürücü yazılı ifadə verib. Araşdırmalardan sonra, adının İdris olduğu bildirilən sürücü evə buraxılıb. Hadisə zamanı avtobus boş olub.

Mayendorf malikanəsi Rusiya prezidentinin İşlər İdarəsinin balansındadır. Malikanədə rəsmi görüşlər keçirilir.
Putinin iqamətgahına avtobus çırpıldı
Putinin iqamətgahına avtobus çırpıldı
Putinin iqamətgahına avtobus çırpıldı