Ukraynanın fəaliyyətdə olan dövlət başçısı Petro Poroşenko yeni seçilən Prezident Vladimir Zelenskinin andiçmə mərasiminin keçirilməsinin təmin olunması haqqında sərəncam imzalayıb.

“Leqal.info” xəbər verir ki, məlumatı “UNİAN” yayıb.

Sərəncama əsasən, andiçmə mərasiminin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Təntənəli mərasim mayın 20-də, yerli vaxtla saat 10-da parlamentin (Ali Rada) binasında keçiriləcək.

Qeyd edək ki, mayın 16-da Ukrayna Ali Radası andiçmə mərasimin mayın 20-də keçirilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, martın 31-də Ukraynada keçirilən prezidenti seçkisinin ikinici turunda Vladimir Zelenski 73,22 faiz səs toplayıb. Fəaliyyətdə olan prezident Petro Poroşenkoya isə seçicilərin 24,45 faizi səs verib.