Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

“Leqal.info”nun məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində baş verib.

1976-cı il təvəllüdlü Müseyibov Rəşid İlyas oğlu Kimyaçılar qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.