Göygöl rayonunda sənaye və ictimai-iaşə sahələri üçün əlcək istehsal edən şirkətin xaricdən xammal idxalı ilə bağlı müraciəti Dövlət Gömrük Komitəsinin və Gəncə şəhəri üzrə “KOB Dostu”nun birgə əməkdaşlığı çərçivəsində öz müsbət həllini tapıb.

"Leqal.info" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Bundan başqa, məlumatda deyilir ki, Göygöl rayonunun Quşqara kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elşən Məmmədovun mərmər emalatxanasının sənədləşdirilməsi ilə bağlı müraciəti də dövlət-özəl əməkdaşlıq platforması çərçivəsində müsbət həll edilib.