“Leqal.info” bu barədə “Petkim Holding”in hesabatına əsasən xəbər verir.
Bildirilib ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir.
İlin I yarısında Ar-Ge mərkəzindəki (araşdırma və inkişaf) layihələrə 4,5 mln. lirə vəsait sərf olunub.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.