Leqal.Info

SON DƏQİQƏ

DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır - Tunel tikiləcək

DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır
21-08-2019, 17:24 85 258 dəfə baxılıb

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

Bu barədə Leqal.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bununla əlaqədar olaraq, sabah səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.


www.leqal.info

Teqlər: Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti, hərəkət məhdudlaşdırılacaq

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI