Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib.

Bu barədə “Leqal.info”ya SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub.