Leqal.Info

SON DƏQİQƏ

“Saxta nağd pullarla bağlı hüquq-mühafizə orqanları ilə çox ciddi işləyirik” - EKSKLÜZİV - Elman Rüstəmov

“Saxta nağd pullarla bağlı hüquq-mühafizə orqanları ilə çox ciddi işləyirik” - EKSKLÜZİV
1-10-2019, 10:30 40 736 dəfə baxılıb

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurumun saxta əsginazlara qarşı mütəmadi mübarizə apardığını açıqlayıb.

Baş bankir "Report"a açıqlamasında deyib: "Saxta əsginazlarla mübarizə bizim işimizin daimi istiqamətlərindən biridir. Təbii ki, banklar diqqətli olmalıdır. Baxmayaraq ki, Azərbaycanda saxta nağd pulların həcmi o qədər də çox deyil, bu məsələ ilə bağlı hər hansı əlahiddə vəziyyət yoxdur. Bizdə aşkar edilmiş saxta nağd pulların xüsusi çəkisi digər ölkələrdən qat-qat aşağı olsa da, biz daim Daxili İşlər Nazirliyi (DİN) və digər hüquq-mühafizə orqanları ilə çox ciddi işləyirik. Koordinasiyalı iş qururuq. Daim bu məsələ diqqət mərkəzində saxlanılır”,- AMB-nin sədri əlavə edib.

Ötən həftə AMB ölkədə olan kommersiya banklarına yararsız əsginazlarla bağlı xəbərdarlıq məktubu göndərib. Məktub dövriyyədə yararsız və ya keyfiyyəti aşağı olan pul əsginazların olması ilə bağlı AMB-yə daxil olan şikayətlər əsasında yazılıb.

Məktubda deyilir ki, Mərkəzi Bank bununla bağlı monitorinqlər aparıb və həmin əsginazları kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginasları ATM-lərə daxil etməmək tapşırılır.

Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginazları aparıb Mərkəzi Banka təhvil versinlər.

Qeyd edək ki, bu məktub ölkədəki bütün kommersiya banklarına ünvanlanıb.

Xatırladaq ki, Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əsginazın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginazın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub.

Digər element əsginazın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginazlarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.

Bundan başqa, əsginazdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginazda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.

Əsginazın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əsginazın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginazlardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginazın sol tərəfində yerləşir.

III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.

100 manat nominallı əsginazların uzunluğu 155 mm, eni isə 70 mm-dir.


www.leqal.info

Teqlər: Elman Rüstəmov, Saxta nağd pullar

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI