Daima innovativ həlləri təqdim edən PAŞA Bank öz müştərilərinin ehtiyaclarına cavab verən yeni funksionallığı istifadəyə verdi.

Beləliklə, Bankın müştəriləri Onlayn Bank vasitəsilə istənilən sayda ödənişləri eyni zamanda həyata keçirə bilər. Olduqca aydın və rahat sistem istənilən növ ödənişləri - bank-daxili, ölkə-daxili, vergi-büdcə, beynəlxalq, həmçinin öz hesabları arasında ödənişləri eyni sənəd tərkibində Onlayn Banka yükləmək imkanını yaradır.

Yeni funksionallıq gündəlik əsasda onlarla ödəniş edən və vaxtına qənaət etmək istəyən hüquqi şəxslər üçün ən əlverişli seçimdir.

Bu xidmətdən istifadə etmək və çevik həllərin digər üstünlüklərindən faydalanmaq üçün Onlayn Banka indi daxil olun: httpss://pashabank.digital/