"İqtisadiyyat Nazirliyində struktur dəyişikliklərinin həyata keçirilməsi sahibkarlar üçün mühüm yenilik kimi qəbul olunur".

"Leqal.info" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

"Çünki burada həm İqtisadiyyat Nazirliyinin aparatı, həm də Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Sahibkarlığın İnkişaf Agentliyi, Sahibkarlığın İnkişaf Fondu var. Bu addım bir növ Azərbaycanda ASAN xidmət, DOST kimi xidmətlərin yaradılmasının davamıdır. Belə ki, artıq sahibkarların üz tutuacaqları bir ünvan olacaq. Bu ünvan İqtisadiyyat Nazirliyidir və bütün məsələlər orada öz həllini tapacaq. Hesab edirəm ki, bu, çox uğurlu və çevik bir idarəetmə panelidir", - M.Musayev əlavə edib.