“Bu gün hesab edirik ki, revalvasiya Azərbaycan iqtisadiyyatı üçün yararlı deyil, zərərli ola bilər”.

“Leqal.info” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Bizim əsas istiqamətlərimizdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Revalvasiya isə buna maneə ola bilər. Düşünürük ki, cari ildə manatın məzənnəsinə təsir edə biləcək fundamental amil yoxdur. Növbəti ilə də nikbin baxırıq. Yəqin ki, gələn il də milli valyutanın məzənnəsini idarə edə biləcəyik”, - baş bankir bildirib.