"Sahibkarların Maarifləndirilməsi Mərkəzi" dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir. Cəmiyyətimizin sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin hər kəs üçün icrası vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görülür.

Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı qeyd etmək istərdik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olmuşdur. Xüsusi olaraq qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir. Ona görə də bu təbəqədən olan sahibkarların fəaliyyətinin davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı vardır.

Bir neçə müddətdir ki, "Sahibkarların Maarifləndirilməsi Mərkəzi" əməkdaşlıq etdiyi bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyəti ilə maraqlanır, onlara Azərbaycan hökumətinin cəmiyyətimizin sağlamlığının qorunması sahəsində gördüyü işləri dəstəkləyir və sahibkarları bu yöndə yüksək səviyyədə maarifləndirmə işlərini həyata keçirir.

"Sahibkarların Maarifləndirilməsi Mərkəzi"nin direktoru Elvin Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti dəstəkləyir, ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitin formalaşmasına görə cənab prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirmişdir. Hazırda ölkəmizdə koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən birgə iş fəaliyyəti əsasında layiqincə mübarizə aparıb qalib gələcəyimizə inanırıq. Bu məqsədlə də "Sahibkarların Maarifləndirilməsi Mərkəzi" dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən layiqli və potensial güc nümayiş etdirərək birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.

"Sahibkarların Maarifləndirilməsi Mərkəzi" əməkdaşlıq etdiyi bütün sahibkarları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq və operativ qaydada əməl etmələrini tövsiyə edir.

Sahibkarların müraciətləri üçün əlaqə nömrələri:

E-mail: [email protected]

Sahibkarlarla və Dövlət qurumları ilə iş şöbəsi: Mob: +994 51 498 36 76