“AGBank” ASC-lə bağlı ciddi problemlər yaşanmaqdadır.

"Leqal.info" xəbər verir ki, bank deyure fəaliyyət göstərsə də, defakto öz funksiyasını yerinə yetirə bilmir. Belə ki, bank faktiki olaraq bütün əməliyyatlar üzrə işləri dayandırıb. Bu vaxta kimi “AGBank” üzərindən əməliyyatlar həyata keçirən fiziki və hüquqi şəxslər artıq neçə müddətdir ki, heç bir ödəniş, köçürmə və digər əməliyyatları edə bilmirlər. Bildirilir ki, bankın fəaliyyəti ilə bağlı araşdırma aparılır və ciddi yoxlama işləri həyata keçirilməkdədir. Hətta bu günlərdə bağlanılacağı da vurğulanır. Qeyd olunur ki, bu günlərdə lisenziyaları ləğv edilən “Atabank” və “Amrah Bank”ın taleyi “AGBank”ı da gözləyir. Çünki aprelin 28-də digər banklar kimi, “AGBank”a da müvəqqəti inzibatçılar təyin edilib. Və bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.
İstənilən halda bankın səlahiyyətləri kimin icra etməsindən asılı olmayaraq bank öz müştərilərinə yüksək xidmət göstərməlidir. O vaxta kimi ki, bankın səlahiyyətlərinə xitam verilsin. Amma “AGBank”ASC-nin lisenziyasının qüvvədə olduğu müddətdə bank üzrə əməliyyatlar davam etdirilməlidir.

VİDEO