Leqal.Info

SON DƏQİQƏ

Türkiyədə turistlər üçün pandemiya sığortası qüvvəyə minəcək

Türkiyədə turistlər üçün pandemiya sığortası qüvvəyə minəcək
23-06-2020, 14:06 52 375 dəfə baxılıb

Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVID-19 sığortası qüvvəyə minəcək.

“Leqal.info” xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy turizmdə koronavirusa qarşı tədbirləri ehtiva edən “Yenidən kəşf et” konsepsiyası çərçivəsində Antalyada 50 ölkənin səfirlərilə görüşü zamanı bildirib.

Yeni sığorta paketlərinin internetlə satılacağını qeyd edən nazir deyib:

“Sığorta sistemi çox sadə və əmsallarla müqayisədə xeyli cazibəlidir. 2 min avro ilə 7 min avro arasında limitləri var. Çox ucuz sığorta paketləri də ala bilərsiniz, 13 avro, 15 avro. Bir qədər xərcə girərək 23 avroluq sığorta rəsmiləşdirərək də 7 000 avroyadək həftəlik yerləşmələr üçün müalicə limit sığortası etdirə bilərsiniz. Bəzi ölkələrdə sığorta pandemiya üzündən işləmir və biz də ən kiçik risk belə qalmasın deyə bu sistemi işə salırıq”.

Almaniya hökumətinin Türkiyə də daxil olmaqla bəzi ölkələrə səyahət məhdudiyyəti gətirməsini şərh edən türkiyəli nazir bunun koronavirusun ikinci dalğası ilə əlaqədar olduğunu güman edərək əlavə edib:

"Avropalılar Türkiyədə istirahət etmək üçün darıxırlar. Yaxın bir həftə - 10 gündə müsbət dəyişikliklər gözləyirik".

Xatırladaq ki, Türkiyə hökuməti bu il iyunun 11-dən əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI