AZAL aviabiletləri yalnız aviaşirkətin etibarlı tərəfdaşlarından almağa çağırır.

Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son vaxtlar "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və bunun qarşısı alınıb.

Fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif etmiş, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini almışdırlar. Sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır.

Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısını burada baxa bilərsiniz: httpss://www.azal.az/az/article/31082015

Leqal.info