"MasterCard" ödəniş sisteminin müştəriləri haker hücumuna məruz qalıblar. "APA-Economics" xəbər verir ki, bu barədə ESET antivirus şirkəti bəyan edib.

Məlumata əsasən, kibercinayətkarlar "MasterCard"ın müştərilərinə elektron məktub ünvanlayaraq hesabın bloklandığını bəyan edir. Məhdudiyyəti aradan qaldırmaq üçün müştəriyə müvafiq link üzrə keçid etmək təklif olunur. Link vasitəsilə müştəri fişinq sayta daxil olur. Burada isə kibercinayətkarlar öz qurbanlarına şəxsi məlumatlarının, o cümlədən bank hesabının yenilənməsini təklif edir. Beləliklə, bütün məxfi məlumatlar hakerlərin əlinə keçir.

ESET rəsmiləri artıq bununla bağlı müvafiq qurum və təşkilatları məlumatlandırıb.

Leqal.info