Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutub.

"APA-Economics" 2017-2018-ci illər üzrə yenilənmiş hesabata istinadən xəbər verir ki, Azərbaycan reytinqdə 2 pillə irəliləyib.

Azərbaycan "Əmək bazarının effektivliyi" indeksi üzrə 17-ci, "Məhsul bazarlarının effektivliyi" indeksi üzrə 31-ci, "innovasiyalar" indeksi üzrə 33-cü yeri tutub.

WEF qeyd edir ki, Azərbaycanda hələ də bəzi problemlər qalmaqdadır. Bunlar maliyyə vasitələrinə çıxış, vergi sahəsində tənzimləmə və inflyasiyadır.

Reytinqə əsasən, Azərbaycan postsovet məkanında ən yaxşı yerdə qərarlaşıb. Belə ki, Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü, Tacikistan 79-cu, Ukrayna isə 81-ci yerdə qərarlaşıblar.

Digər qonşularımız Türkiyə və İran isə müvafiq olaraq 53 və 69-cu yeri tutublar.

Ümumilikdə reytinqə 137 ölkə daxil olub. Reytinqin lideri İsveçrədir (yerini qoruyub). İsveçrəni ABŞ (1 pillə irəliləyib) və Sinqapur (1 pillə geriləyib) izləyir.

Leqal.info