Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə
fərman imzalayıb.


Leqal.info-nun APA-ya istinadən məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 33, № 5, maddə 782) aşağıdakı dəyişikliklər edilib:
Fərmanın 1-ci hissəsində “8 370 589,8” və “14 483 856,0” rəqəmləri müvafiq olaraq “10 813 861,6” və “15 242 928,0” rəqəmləri ilə əvəz edilsin.
2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7 550 705,3” rəqəmləri “9 826 212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3 465,0” rəqəmləri “3 605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16 830,0” rəqəmləri “17 688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799 094,6” rəqəmləri “963 948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2 407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8 370 589,9” rəqəmləri “10 813 861,6” rəqəmləri ilə əvəz edilsin.
3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Prezident Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərmanda dəyişiklik edib
Fərmana aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi”.