Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

06 oktyabr 2017 - 18:09

Prezident ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsinə dair sərəncam imzalayıb

Prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, sərəncamda bildirilir ki, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən Nazirliyə ayrılmış vəsait hesabına 1,05 milyon (bir milyon əlli min) manat, o cümlədən tut (çəkil) tinglərinin alınmasına 775,0 (yeddi yüz yetmiş beş) min manat, barama toxumlarının alınmasına 275,0 (iki yüz yetmiş beş) min manat sərf etsin.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, tədarük olunan tut (çəkil) tinglərinin və barama toxumlarının, şəhər və rayonlarda tələbat nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etsin, sərəncama uyğun olaraq, tut (çəkil) tingləri və barama toxumlarının əvəzi ödənilmədən paylanıldığı məhsul istehsalçıları, habelə şəhər və rayonlarda bu ting və toxumlara tələbat barədə məlumatı Azərbaycan prezidentinə təqdim etsin.
Oxunma sayı:51

PAYLAŞ:


Açar sözlər:Prezident ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsinə dair sərəncam imzalayıb

Bağla X