Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

09 oktyabr 2017 - 17:27

“Azercell” müştəriləri mobil telefon alarkən diqqətli olmağa çağırıb

“Son vaxtlar “Azercell Telekom” MMC tərəfindən güzəştli kredit kampaniyası çərçivəsində abunəçilərin istifadəsinə verilən mobil telefon (smartphone) cihazlarının 3-cü şəxslərə təkrar satılması üzrə sui-istifadə halları müşahidə edilir”.

Leqal.info xəbər verir ki, bu barədə “APA-Economics”ə “Azercell”dən məlumata verilib.

Məlumata görə, belə cihazlara mülkiyyət hüququ müvafiq ödənişlər tam həcmdə həyata keçdikdən sonra əldə edilir və bundan sonra özgəninkiləşdirilə bilər.

“Bu səbəbdən ödənişləri tam həcmdə həyata keçirilməmiş və borclanmış həmin cihazlardan istifadəyə məhdudiyyət tətbiqi halları mümkündür. Belə hallarda müvafiq cihazlar ilə bağlı yaranan mübahisələrə görə “Azercell Telekom” MMC cavabdehlik daşımır və belə hüquqazidd əməliyyatlarda iştirak edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi hüququnu özündə saxlayır. Göstərilənləri nəzərə alaraq qeyri-rəsmi, şübhəli mənbələrdən, yeni və yaxud istifadə olunmuş mobil telefon (smartphone) cihazlarını əldə etməməyi tövsiyə edirik. Eyni zamanda bildiririk ki, əldə edilməsi arzu edilən mobil telefon (smartphone) cihazının güzəştli kredit kampaniyaya aidiyyatını “Azercell Telekom” MMC-nin MX-nə müraciət etməklə dəqiqləşdirməniz mümkündür”, - deyə vurğulanıb.
Oxunma sayı:52

PAYLAŞ:


Açar sözlər:“Azercell” müştəriləri mobil telefon alarkən diqqətli olmağa çağırıb

Bağla X