Bu gün Astara-Astara dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən xəbərə görə, vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Yük daşımaları departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məlumata görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara-Astara dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.
Astara-Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb