"Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.

Leqal.info “APA-Economics”ə istinadən xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, proqnoza əsasən bu il iqtisadi artım 2017-ci illə müqayisədə 1,2%, gələn il isə 3,3% təşkil edəcək.

“Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir. Bundan başqa, Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 9%, gələn il isə 4,8% olacağı proqnozlaşdırılır,” – deyə hesabatda qeyd olunub.