Leqal.Info

SON DƏQİQƏ

16:04 - Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

15:15 - Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib - FOTO

13:52 - Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir - Prezident İlham Əliyev

07:11 - Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır - Senator

20:58 - Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

20:43 - Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir - Açıqlama

19:00 - İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

18:43 - Satıcıları döydüyü deyilən müğənni danışdı

18:32 - FIFA Türkiyə klubuna transfer qadağası qoydu

18:16 - Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib - SİYAHI

17:32 - Bakı Şəhər İcra Hakimiyyətinə yeni sözçü təyin olunub

17:19 - Səudiyyə vəliəhdinin müşaviri Camal Qaşıqçının cinayəti ilə bağlı istintaqa cəlb edilib

16:55 - Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

16:00 - Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb

15:54 - Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər - Milli Məclisin komitə sədrləri

Energetika Nazirliyi Avropa Komissiyasının ayırdığı qrant çərçivəsində energetika sahəsində islahatlar həyata keçirəcək

Energetika Nazirliyi Avropa Komissiyasının ayırdığı qrant çərçivəsində energetika sahəsində islahatlar həyata keçirəcək
3-03-2018, 03:16 43 396 dəfə baxılıb

Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitindən istifadə istiqamətlərində dəyişiklik edilib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı 2009-cu il 16 dekabr tarixli qərarı ilə təsdiqlədiyi “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişiklik edib.

Nazirlər Kabinetinin 2009-cu il 16 dekabr tarixli qərarına əsasən Maliyyə Nazirliyi 2010-2011-ci illərdə "Dövlət maliyyəsinin idarə olunmasının (DMİ) təkmilləşdirilməsinə dəstək" layihəsini həyata keçirməli, layihə çərçivəsində DMİ üzrə fəaliyyət planı hazırlanmalı və DMİ üzrə fəaliyyət planının icrası təmin edilməli idi. Bu məqsədlə Avropa Komissiyasının ayırdığı 13 milyon avro məbləğində qrantdan 1 milyon avro sərf edilməli idi.

Dəyişikliyə əsasən artıq Avropa Komissiyasının ayırdığı qrantdan 1 milyon avro Maliyyə Nazirliyi deyil, Energetika Nazirliyinin sərəncamına veriləcək. Energetika Nazirliyi 2018-2019-cu illərdə həmin 1 milyon avro vəsait hesabına "Elektrik və istilik enerjisinin istehsalında yüksək səmərəliliyə və enerji resurslarının istifadəsində əhəmiyyətli qənaətə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi" layihəsini həyata keçirməlidir. Layihə çərçivəsində mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə tədbirlər planının, elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədi ilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin, energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanmasını təmin etməlidir. Eyni zamanda nazirlik bu müddət ərzində ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planını hazırlamalıdır.


www.leqal.info

Teqlər: Energetika Nazirliyi Avropa Komissiyasının ayırdığı qrant çərçivəsində energetika sahəsində islahatlar həyata keçirəcək

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI