Leqal.Info

SON DƏQİQƏ

18:14 - Sumqayıtda yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb

17:47 - Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında 25-ci yerdə qərarlaşması aparılan islahatların məntiqi nəticəsidir - Prezident İlham Əliyev

17:39 - Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək - Prezident İlham Əliyev

16:35 - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

16:04 - Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

15:15 - Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib - FOTO

13:52 - Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir - Prezident İlham Əliyev

07:11 - Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır - Senator

20:58 - Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

20:43 - Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir - Açıqlama

19:00 - İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

18:43 - Satıcıları döydüyü deyilən müğənni danışdı

18:32 - FIFA Türkiyə klubuna transfer qadağası qoydu

18:16 - Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib - SİYAHI

17:32 - Bakı Şəhər İcra Hakimiyyətinə yeni sözçü təyin olunub

Beynəlxalq Bankın indiyədək “Aqrarkredit”ə ötürülən toksik aktivlərinin həcmi açıqlanıb

Beynəlxalq Bankın indiyədək “Aqrarkredit”ə ötürülən toksik aktivlərinin həcmi açıqlanıb
5-03-2018, 15:33 33 338 dəfə baxılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 20147-ci il ərzində əsas hədəfləri bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası, maliyyə vasitəçiliyinin bərpa edilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, habelə maliyyə savadlılığının artırılması və istehlakçılarının hüquqlarının müdafiəsi olub.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları tərəfindən ötən il ərzində 0,9 mlrd. manat həcmində kapital inyeksiyası təmin edilib. “Beynəlxalq Bankın restrukturizasiyası prosesləri tamamlanma mərhələsinə çatıb. Bankın 2,4 milyard dollar həcmində xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb, habelə 2017-ci il ərzində 2,7 milyard dollar həcmində toksik aktivin “Aqrarkredit” QSC-yə ötürülməsi təmin edilib. Bütövlükdə, 2017-ci ilin sonuna maliyyə sisteminin aktivlərinin həcmi 43,7 milyard manat təşkil edib ki, bu da ÜDM-in 62 faizinə (qeyri-neft ÜDM-in 99 faizinə) bərabərdir. Banklar cəmi aktivlərin 64 faizinə sahib olmaqla sektorda dominant rola malikdir. Bank olmayan kredit təşkilatlarının cəmi aktivlərdə payı 33,4 faizədək yüksəlib ki, bu, Beynəlxalq Bankın toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsi hesabına olub. Sığorta sektoru və investisiya şirkətlərinin cəmi maliyyə sistemi aktivlərində çəkisi müvafiq olaraq 2,3 faiz və 0,4 faiz təşkil edib,” – deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, bu çərçivədə, ümumilikdə 14,7 mlrd. manat həcmində toksik aktivlər “Aqrarkredit” QSC-yə BOKT-yə ötürülüb.


www.leqal.info

Teqlər: Beynəlxalq Bankın indiyədək “Aqrarkredit”ə ötürülən toksik aktivlərinin həcmi açıqlanıb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI