Azərbaycan Avropa Akkreditasiya qurumuna qəbul olandan sonra yerli sahibkarların Avropa bazarına məhsul çıxarmaq üçün heç bir çətinliyi qalmayacaq.

Leqal.info Xezerxeber.az-a istinadən xatırladır ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sahibkarla görüşündə deyib.

Ramiz Həsənov Azərbaycanda standartlaşdırma sahəsində köklü dəyişikliklərin baş verdiyinə də diqqət çəkib. Onun sözlərinə görə, Milli Məclisdə ilk oxunuşdan keçən standartlaşdırma haqqında yeni qanuna görə standartların tətbiqi sahibkarlar üçün məcburi yox, könüllü olacaq.

Komitə sədri Azərbaycanda benzinin keyfiyyətindən də danışıb. Onun sözlərinə görə, bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır. Ancaq bunu iri şirkətlər yox, bəzi kiçik işbazlar həyata keçirirlər. Ümumiyyətlə isə o, Azərbaycanda benzinin keyfiyyəti ilə də bağlı heç bir problemin olmadığını deyib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO