Azərbaycanda yeni qızıl yataqları tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, "Azergold" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov bildirib ki, ölkənin qızıl ehtiyyatı kifayət qədərdir və sənaye miqyaslıdır. Bu ehtiyatlar iqtisadi səmərəlilik baxımından yüksək qiymətləndirilir. Aparılan geoloji kəşfiyyat işləri nəticəsində yeni qızıl yataqları da aşkarlanıb.

Bu il ərzində Naxçıvandakı yataqda buruqqazma və resursların qiymətləndirilməsi işləri aparılacaq. "Azergold" Qapalı Səhmdar Cəmiyyəti təkcə qızıl və gümüş yox, digər əlvan metalların da kəşfiyyatı və istismarı ilə məşğuldur. Bu istiqamətdə də xeyli yeni yataq tapılıb.

Naxçıvandakı qızıl yatağında mis də mövcuddur. Bundan əlavə, Şəmkirdə tapılan və "Qaradağ" adlandırılan mis yatağında da qiymətləndirmə işləri aparılacaq.

Oqtay Məmmədovun sözlərinə görə, həm Böyük, həm də Kiçik Qafqaz silsiləsində aktiv geoloji kəşfiyyat işləri davam etdirilir və yüksək nəticələrin əldə edilməsi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO