"Poçtap" xidməti vasitəsi ilə bu günə kimi 885 sənəd tapılıb.

Onlardan 282 sənəd öz sahibinə təhvil verilib.

Xezerxeber.az-ın məlumatına görə, ötən ilin ilin fevral ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Poçtap" xidmətini istifadəyə verib. "Azərpoçt" MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Tapılan sənədlər arasında şəxsiyyət vəsiqələri üstünlük təşkil edir.

Sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin lazımi ünvana çatdırılma rüsumu isə "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

İstənilən şəxs poçt şöbələrinə yaxınlaşaraq, eləcə də "155" Çağrı Mərkəzi vasitəsilə, həmçinin pochtap.az saytında "Sənəd axtar" bölməsinə daxil olaraq itirdiyi sənədin tapılıb-tapılmaması barədə məlumat ala bilər. Tapılmadığı təqdirdə itirilən sənədi axtarışa da verə bilər.

Sahibi tapılmayan sənədlər müddət bitdikdən sonra aiddiyyəti orqana təqdim edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO