Azərbaycanda dövlət müəssisələrinin restrukturizasiyasını və onların qeyri-profilli aktivlərinin özəlləşdirilməsini həyata keçirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

O bildirib ki, bir sıra dövlət müəssisələrinin kiçildilməsi lazımdır:

“Bunun üçün bu müəssisələrin sağlamlaşdırılması həyata keçirilməlidir, daha sonra onların aktivindən qeyri-profilli müəssisələri çıxarmaq və özəlləşdirməyə çıxarmaq lazımdır. Ona görə də bizim əsas tapşırıqlarımızdan biri dövlət müəssisələrində qeyri-profilli aktivlərin müəyyənləşdirilməsidir”.

Komitə sədrinin sözlərinə görə, bu dövlət müəssisələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək:

“Bu proses dövlət müəssisələrinin üzərinə düşən gərginliyi, dövlət büdcəsinin xərclərini azaltmağa imkan verəcək, bu isə öz növbəsində, dövlət müəssisələrinin daha sağlam fəaliyyətini təmin edəcək”.