Bu gün "Sumqayıt Kimya Sənaye Parkı” MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “SOCAR Polymer” MMC ilə polimer istehlakçısı olan müəssisələr arasında anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, imzalanma "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.

Qeyd edək ki, ümumilikdə, indiyədək 18 müəssisə ilə polimer məhsullarının istehsalı üzrə əməkdaşlığa dair razılaşmalar imzalanıb.

İmzalanmada “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov iştirak ediblər.