Mərkəzin əvvəlki direktoru işdən çıxarılıb

Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən Ramil Salman oğlu Salmanov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, Ramil Salmanov bu vəzifəyə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin direktoru vəzifəsində çalışıb.