Rusiyanın Federal Gömrük Xidməti 3 yeni ölkədə gömrük nümayəndəliyi açmağı planlaşdırır.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərinin müavini Ruslan Davudov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda qurumun 20 ölkədə nümayəndəliyi fəaliyyət göstərir.

Qeyd olunur ki, yeni nümayəndəliklərin Niderland, Özbəkistan və Azərbaycanda açılması nəzərdə tutulur.