"TurStat" analitik agentliyi rusiyalı turistlərin ekskursiya turları, istirahəti və səyahətləri üçün MDB ölkələrinin ən yaxşı ekskursiya istiqamətlərinin reytinqini açıqlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Azərbaycan siyahıda üçüncü yeri tutub.

Rusiyalı turistlər sorğu zamanı Belarusa 27%, Qazaxıstana 22%, Azərbaycana 16%, Özbəkistana 12% və Ermənistana isə 9% səs veriblər.

Reytinq ekskursiya turları bazarının araşdırılması və internetlə aparılan sorğu əsasında tərtib olunub.

"TurStat"ın məlumatına görə, MDB ölkələrində ildə 3 milyondan çox ekskursiya səyahəti və turu həyata keçirilir. Turların orta hesabla dəyəri 500-1000 dollar təşkil edir.