Azərbaycanda pul bazası bu il martın 1-nə 9 014,1 milyon manat təşkil edib.

“Leqal.info” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 304,9 milyon dollar və yaxud 3,5% çoxdur.

Bununla belə, ilin əvvəlinə nisbətən ölkədə pul bazası 531,6 milyon manat və yaxud 5,6%, son 1 ildə isə 166,5 milyon manat və yaxud 1,8% azalıb.