“PAŞA Sığorta” ASC “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) işçilərinin tibbi sığortası, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) əməkdaşlarının və ailə üzvlərinin tibbi sığortası ilə bağlı elan edilmiş açıq tenderlərin qalibi olub.

“Leqal.info” xəbər verir ki, bununla əlaqədar sığorta şirkəti AİŞ-dən 16 450 manat, Palatadan isə 272 445 manat, yəni 2 tenderin nəticəsinə görə, ümumilikdə, 288 895 manat sığorta haqqı alacaq.