Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, martın 27-də qızılın qiyməti martın 19-u ilə müqayisədə 11,832 manat artaraq 1 unsiya üçün 2234,9645 manat təşkil edib.

Gümüş 0,0189 manat bahalaşaraq 1 unsiya üçün 26,1958 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 37,7655 manat artaraq 1463,6405 manat, palladiumun qiyməti isə 59,398 manat azalaraq 2631,2345 manat təşkil edib.

Ad

27.03.2019

19.03.2019

Qızıl

XAU

2234,9645

2223,1325

Gümüş

XAG

26,1958

26,1769

Platin

XPT

1463,6405

1425,8750

Palladium

XPD

2631,2345

2690,6325

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.