Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında ölkə Prezidentinin 29 mart 2019-cu il tarixli sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin edilib.

“Leqal.info” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.