İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481 mln.ton neft hasil edilib ki, onun da 279 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

"Leqal.info” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: "Gələcəkdə Azərbaycanın payına düşən mənfəət neftinin payı daha da artacaq".

O, həmçinin qeyd edib ki, bu il aprelin 1-dək dünya bazarlarına 506 mln.ton neft çıxarılıb ki,onun da 383 mln.tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib.