TuranBank Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 000 848 manat olmaqla, 13864 ədəd adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınıb.

Bankdan Leqal.info-ya verilən məlumata görə, yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 70 milyon manat təşkil edəcək. Qərara əsasən səhmlərin ilk mərhələsi, 9244 ədəd adi, sənədsiz adlı səhmləri qanunamüvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında dövlət qeydiyyatına alınmış və emissiya prosesinə başlanmışdır.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

TuranBank müştərilərinə göstərilən xidmətin keyfiyyətini təkmilləşdirmək üçün iş saatlarında bank xidmətlərindən istifadə edə bilməyən vətəndaşların ehtiyaclarını nəzərə alaraq Bakı şəhəri, Nizami küçəsi, bina 53 ünvanında yerləşən “Yasamal” filialının iş rejimi 24 saatlıq tam fasiləsiz iş rejiminə (24/7) keçirmişdir.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtlərilə seçilən, müxtəlif məqsədlər üçün biznes, istehlak, mikro, lombard, peşə və ipoteka kreditləri, "Sirlər Xəzinəsi" silsiləsinə daxil olan geniş çeşidli və yüksək gəlirliliyi ilə seçilən əmanət növlərini təqdim edir. Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, Cash Back, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini də təklif edir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Eləcədə bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

Facebook - @TuranBankASC

Linkedin - @TuranBank