Azərbaycanda Hesablama Palatasının hüquqlarından biri ləğv edilir.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişikliklər edilir.

Hazırda Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ var.

Yeni dəyişikliklərdə isə bu hüquq ləğv edilir.