Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

ADB-nin maliyyə və risklər üzrə vitse-prezidenti ilk dəfə Bakıya gələcək - EKSKLÜZİV

ADB-nin maliyyə və risklər üzrə vitse-prezidenti ilk dəfə Bakıya gələcək
15-05-2019, 19:08 62 107 dəfə baxılıb

Mayın 21-də Bakıda keçiriləcək Asiya İnkişaf Bankının (ADB) Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumunda iştirak etmək üçün ADB-nin maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İnqrid van Vees Azərbaycana gələcək.

“Report”un məlumatına görə, ADB rəsmisinin mayın 20-dən 22-dək davam edəcək Azərbaycana ilk səfəri çərçivəsində dövlət və özəl qurumlarda, o cümlədən maliyyə təşkilatları və hüquqi şirkətlərdə bir sıra görüşlər keçiriləcək.

Qeyd edək ki, Asiya – Sakit okean regionunun 40 ölkəsinin nümayəndələrinin iştirak edəcəkləri Forumda dövlət borclarının idarəedilməsinə dair mövcud təcrübələr ətrafında müzakirələr aparılacaq.

Son illər neft qiymətlərinin dəyişkənliyi və bununla bağlı dövlət gəlirlərinin azalması xarici valyutada borclanma məsələsində yeni yanaşmanı labüd edir. Bununla bağlı 2018-ci ilin avqust ayında hökumətin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya” qarşıdakı dövr ərzində yalnız bəzi öncül layihələr üçün dövlət zəmanətli kreditlərin cəlb ediləcəyini nəzərdə tutur.

Sənədə görə ölkənin xarici borcu 2017-ci ildəki ÜDM-in 22,8 faizinə qarşı 2026-cı ilədək 12 faiz təşkil edəcək. 2019-cu ilin 1 yanvar tarixinə olan vəziyyətə görə Azərbaycanın birbaşa zəmanətli xarici borcunun həcmi 8927,1 milyon dollar, yəni ÜDM-in 19 faizi qədərdir. Bu məbləğin 4997,7 milyon dolları (56 faizi) hökumətin cəlb etdiyi kreditlərin, 3157,9 milyon dolları (35,4 faizi) xarici valyutada dövlət qiymətli kağızlarının, 771,5 milyon dolları (8,6 faizi) xarici dövlət borcu qismindəki şərti öhdəliklərin payına düşür.

Asiya İnkişaf Bankı Azərbaycana 2003-cü ildə 30-dan artıq layihəni həyata keçirmək üçün məcmu dəyəri 4 milyard dollardan çox kreditlər ayırıb. Bankın ayırdığı texniki yardımların isə həcmi 30 milyon dollara yaxındır.


www.leqal.info

Teqlər: İnqrid van Vees

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI