Azərbaycan Dövlət Turizm Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən təqdim olunan təyyarə biletlərinin baha olmasına münasibət bildirib.

"Leqal.info" xəbər verir ki, Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı agentlik AZAL ilə hər gün kommunikasiyadadır.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı AZAL-la danışıqlar aparılır: “Bu gün elə xarici şirkətlər var ki, bizimlə daimi olaraq təmasdadırlar. Biz onlara yeni reyslərin açılmasına dəstək göstərəcəyik. Bu da turistlərin Azərbaycana gəlməsinə bir dəstək olacaq”.