Leqal.Info

SON DƏQİQƏ

Novruz Məmmədov növbəti müddətə ARDNF Müşahidə Şurasının sədri seçilib

Novruz Məmmədov növbəti müddətə ARDNF Müşahidə Şurasının sədri seçilib
4-07-2019, 17:23 86 000 dəfə baxılıb

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan “Leqal.info”ya verilən məlumata görə, ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycanın Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-in 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat, yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-in 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-in fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-in maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.


www.leqal.info

Teqlər: Novruz Məmmədov, Baş nazir

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI