Sabunçu rayonunda evdə silah-sursat aşkarlanıb.

Leqal.info xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvələr məhkum olunmuş 1976-cı il təvəllüdlü C.Axundov saxlanılıb. Onun evinin həyətində gizlətdiyi "Minta 37" marakalı tapanca və darağında 4 ədəd güllə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. (Milli.az)