Bakıda ananın 2 yaşlı oğlunu yemək yedirtmək üçün pəncərədə oturtması ölümlə nəticələnib.

Leqal.info xəbər verir ki, hadisə mayın 6-sı saat 13 radələrində Sabunçu rayonunda baş verib. Anası 2 yaşlı oğlu Kamil Abdullazadəni yaşadıqları fərdi yaşayış evinin ikinci mərtəbəsində otağın pəncərəsində oturdaraq yemək yedizdirib.

Bu zaman ani olaraq uşaqdan diqqətini ayırması nəticəsində 2 yaşlı Kamil pəncərənin qoruyucu toruna tərəf əyilib və müvazinətini itirərək pəncərədən evin həyətinə yıxılıb. Valideynləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparıb və 2 yaşlı Kamilə ilkin tibbi yardım göstərilsə də, həmin gün saat 21 radələrində xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.(Milli.az)